PFL rəsmisi “Vilyarreal”ın oyununa təyinat aldı
01.03.2023 , 20:27

PFL-in icraçı direktoru Zaur Hacı-Məhərrəmov Avropada növbəti təyinatını alıb.
Korner.az xəbər verir ki, o, UEFA Avropa Konfrans Liqasının 1/8 final mərhələsinin “Anderlext” (Belçika) – “Vilyarreal” (İspaniya) matçında UEFA nümayəndəsi olacaq.
Görüş martın 9-da Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.
