Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev "Böyük Final"da baş verən qalmaqala növbəti dəfə münasibət bildirib.
Korner.az-ın məlumatına görə, "Xəzər TV"də yayımlanan "Futbol Saatı" verlişinin qonağı olan PFL rəhbəri Toşakın Stamenkoviçə yaxınlaşmasına və insidentin bundan sonra yaranmasına belə şərh verib:
"Toşakın Stamenkoviçin yanına gəlməsini müsbət hal kimi dəyərləndirirəm. Bu bizim gənc futbolçularımıza örnək davranış idi. Toşak sadəcə Saşaya yaxınlaşıb, onun belə hərəkət etməsinin idmançıya yaraşmadığını bildirərək, əlini sıxdı. Məsələnin digər tərəfinə gəlincə, əgər klub rəhbərliyi öz klubunun yanında olsaydı, bu cür hadisələr baş verməzdi".