Ukrayna Peşəkar Futbol Federasiyasının prezidenti Mileti Balços federasiyaya yeni prezidentin seçilməsini istəyir.
Korner.az-ın məlumatına görə, Balços korrupsiyada iştirakda ittiham etdiyi hazırkı federasiya başqanı Anatoli Konkovun postundan uzaqlaşdırılması üçün İcraiyyə Komitəsinin üzvlərinə müraciət edib.
“Qərara gəlmişik ki, İcraiyyə Komitəsinə müraciət edək, Konkovun korrupsion fəaliyyətini araşdırmaq üçün xüsusi işçi qrupu yaradılsın. Eyni zamanda növbədənkənar konqress çağırıb federasiyaya yeni prezident seçilsin”, – deyə, Balços bildirib.
Qeyd edək ki, Anatoli Konkov bir vaxtlar Bakı “İnter”ini çalışdırıb. O, 2012-ci ildən Ukrayna Futbol Federasiyasının prezidentidi.
