PFL Premyer Liqadakı fasiləni uzatdı
18.03.2020 , 16:13

Azərbaycan Premyer Liqasında fasilənin müddəti uzadılıb.
Korner.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.
Bildirilir ki, Azərbaycan I Divizionu və Premyer Liqa aprelin 14-nə qədər bərpa olunmayacaq. Bu, koronavirus pandemiyasına görə ölkədə tətbiq edilən xüsusi rejimlə əlaqədardı.
UEFA dünən keçirdiyi videokonfransdan sonra vəziyyətə uyğun olaraq yerli liqaların 30 iyuna qədər yekunlaşdırılmasını bildirib.
