Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Peşəkar Futbol Liqası və Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının birgə təşkilatçılığı ilə ilk dəfə olaraq Ümummilli Lider Heydər Əliyevin doğum gününə həsr olunmuş futbol üzrə Heydər Əliyev kuboku turniri keçiriləcək.
Korner.az-ın məlumatına görə, 25-27 may tarixlərində keçiriləcək turnirdə “Araz-Naxçıvan”, “Neftçala”, MOİK və “Şərurspor” komandaları iştirak edəcək.
Oyunlar Naxçıvan Muxtar Respublika stadionunda keçiriləcək.
