Mart ayında Topaz Premyer Liqasının ən yaxşı oyunçusu və ən gözəl qolun müəllifi müəyyənləşib.
Korner.az-ın məlumatına görə, qaliblərin mükafatlandırılması mərasimi aprelin 29-da “Four Seasons” mehmanxanasında keçiriləcək.
Tədbir saat 15:00-da başlayacaq.
Qeyd edək ki, mart ayının ən gözəl qolunun müəllifi AZAL-ın futbolçusu Cavid Tağıyevdi. O, 3602 səslə hamını qabaqlayıb. PFL-in rəsmi saytında keçirilən səsvermənin nəticəsi aşağıdakı kimidi:
1. Cavid Tağıyev (AZAL) – 3602 səs (73%) 2. Orxan Əliyev (Sumqayıt) – 458 səs (9%) 3. Fərid Quliyev (Kəpəz) – 379 səs (8%) 4. Mindauqas Kalonas (Rəvan) – 289 səs (6%) 5. Pərdis Fərcad Azad (Sumqayıt) – 212 səs (4%).
