Topaz Premyer Liqasının XVII turunda Lənkəran şəhərində baş tutacaq "Xəzər Lənkəran" – "Neftçi" oyununa KİV nümayəndələrinin avtobusla səfəri planlaşdırılır.
Korner.az-ın Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən verdiyi məlumata görə, səfərdə iştirak etmək istəyən KİV nümayəndələrinin 14 dekabr tarixində AFFA-nın inzibati binasının həyətinə 07:45-dən gec olmamaq şərti ilə gəlmələri xahiş olunur.
