big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

“PFL-in ləğvi məsələsi gündəmdə deyil” – Elxan Məmmədov

14.09.2018 , 17:24

AFFA-nın baş katibi Elxan Məmmədov İcraiyyə Komitəsinin iclasından sonra brifinq keçirib
Əvvəlcə İK-in qəbul etdiyi qərarları açıqlayan E.Məmmədov daha sonra jurnalsitlərin suallarını cavablandırıb.
– Hakim və hakim-inspektorlar komitələrinin birləşdirilməsi barədə müzakirələr çoxdan gedirdi. Qərara alındı ki, hər ikisi bir komitə kimi fəaliyyət göstərsin. Bundan sonra yeni sədr seçildi. Bu, cənab Fritz Stuxlikdir. Çox təcrübəli mütəxəssisdir. Tanınmış hakim idi. Bu günə qədər FİFA və UEFA-da Hakim və Hakim-İnspektor Komitəsində məsləhətçi kimi işləyir. İnkişaf proqramında da iştirak edir. İkinci məsələ lisenziyalaşdırma ilə bağlı idi. Bildiyiniz kimi, əvəzedici komandaların çempionatda oynaması A meyarı idi. Artıq bu gündən B meyarına keçirildi.
– Bu təyinatdan nə gözləmək olar? Əvvəlki illərdə cəzalanan və hakimlikdən uzaqlaşdırılanların qaytarılması mümkündürmü?
– Təbii ki, yeni strategiya tətbiq olunur. Bu, təkcə AFFA-nın addımı deyil. UEFA ilə məsləhətləşdirilib. Hətta bizə bir neçə namizəd təklif olunmuşdu. Hamısını nəzərdən keçirib, Stuxliki seçdik. Artıq Bakıdadır və sizə də təklif olunacaq. Bundan sonra hakimliklə bağlı müzakirələri birbaşa Stuxliklə apara bilərsiniz. İclasda öz strategiyasını təqdim etdi. Yaxın gələcəkdə bunu tətbiq edəcək. Bizim üçün gələcəkdə daha yaxşı hakimlərimizin olması vacibdir. Azərbaycan futbol tarixində hakimlik mühüm rol oynayırdı. Artıq dünyada tanınmış hakimlərimiz var. 1966-cı ildə Tofiq Bəhramov vacib və düzgün qərar qəbul etmişdi. Bu, bir daha göstərdi ki, bu sahədə də zəngin tariximiz var. Cənab Stuxlik də bundan xəbərdardır. Məqsədimiz tək bu günü yox, gələcəyi düşünməkdir. Növbəti illərdə azərbaycanlı hakimləri vacib oyunlarda görmək istəyirik.
– Bundan sonra əcnəbi hakimlərin də çempionat və kubok oyunlarına təyinatı gözlənilirmi?
– Yox. Sadəcə, master-klaslar ola bilər. Amma o da mütəmadi olmayacaq. Biz öz hakimlərimizi inkişaf etdirməliyik.
– Lisenziyalaşdırma ilə bağlı dəyişikliyi qeyd etdiniz. Amma bir az qaranlıq qaldı…
– Bildiyiniz kimi, A meyarı çox vacibdir və mütləqdir. B meyarı isə tövsiyə xarakterlidir. Artıq şərt deyil ki, 8 klubun əvəzedici komandası da olsun.
– Fritz Stixlik Azərbaycan futboluna elə də yaxından bələd deyil. Onun köməkçiləri kim olacaq?
– Yeni komitəni şəxsən özü seçəcək. 2 həftə ərzində müsahibələr keçirəcək, fərdi görüşlər olacaq. Bundan sonra İcraiyyə Komitəsinin növbəti iclasında təqdimat olacaq. İldə minimum 1 dəfə komitə hesabat verəcək.
– Bayaq qeyd etdiniz ki, bir neçə namizəd təklif olunub. Onların adlarını açıqlaya bilərsinizmi?
– Bu, qeyri-etik olar.
– Keçmiş sədrlərinin taleyi necə olacaq?
– Artıq komitələr birləşdi. Həmin sədrlər əslində böyük iş görüblər. Onlara minnətdarıq. Bunun özü də böyük işdir. Gələcəkdə çalışacağıq ki, keçmiş sədrlər də işə cəlb olunsunlar. Çünki futbol adamlarıdır, bu işin mütəxəssisləridir. Ancaq bununla bağlı qərarı yeni sədr qəbul edəcək.
– Əvvəl hakimlərin təyinatına PFL nəzarət edirdi. İndi necə olacaq?
– Komitə tam müstəqil şəkildə fəaliyyət göstərəcək.
– Gedişat PFL-in də ləğv olunacağını deməyə əsas verirmi?
– Bu gün gündəmdə belə bir məsələ yoxdur.
qol.az

Son yazılar

To Top