PFL iki oyunun saatını dəyişdi
08.08.2023 , 18:40

Azərbaycan Premyer Liqasının 2-ci turunun 12 avqust tarixinə təyin olunmuş 2 oyununun başlanma vaxtları dəyişdirilib.
Korner.az xəbər verir ki, bu barədə PFL-in rəsmi saytı məlumat yayıb.
Bildirilib ki, təşkilati işlərlə əlaqədar “Araz Naxçıvan” – “Qəbələ” oyunu 21:00-da deyil, 18:30, “Zirə” – “Kəpəz” görüşü isə 18:30-da yox, 21:00-da başlanacaq.
