Peşəkar Futbol Liqası I və III turdan təxirə salınmış 3 oyunun keçiriləcəyi vaxtları açıqlayıb.
Korner.az-ın məlumatına görə, I turdan təxirə salınmış “Bakı” – “Simurq” bu ilin oktyabrının 2-də, III turdan təxirə salınmış “Araz Naxçıvan” – “Qarabağ”, AZAL – “Neftçi” oyunları isə 2015-ci il fevralın 24-də baş tutacaq.
Xatırladaq ki, “Bakı” – “Simurq” matçı birincilərin maddi çətinlik yaşaması, digər iki oyun isə “Neftçi” və “Qarabağ”ın avrokubok oyunları səbəbilə təxirə salınmışdı.
