Qurum rəsmisi bildirib ki, hər hansı klubun AFFA İntizam Komitəsi tərəfindən sərt cəzaya məruz qalmasının PFL prezidenti Ramin Musayevə aidiyyatı yoxdur: “Hətta müayinədən keçmək üçün yox, sırf oyuna baxmaq üçün də Ramin müəllimin İstanbula getməsində qəbahətli bir şey görmürəm. Burada kimsə kef eləmir, sadəcə olaraq bütün Türk dünyası üçün maraqlı olan oyunu izləyir. Hər hansı bir klubun İntizam Komitəsi tərəfindən cəzalandırılmasının Ramin Musayevə heç bir aidiyyatı yoxdur”.
