PFL-dən “Neftçi”yə jest
14.03.2022 , 16:31

Peşəkar Futbol Liqası Azərbaycan Premyer Liqasının oyunlarının saatını təyin edərkən “Neftçi”yə jest edib.
Korner.az xəbər verir ki, martın 18-də keçiriləcək 20-ci turun “Neftçi” – “Qəbələ” matçının başlanma vaxtı rəmzi olaraq 19:37-ə təyin edilib. PFL oyunun “Neftçi”nin yaranmasının 85 illiyinə təsadüf etdiyindən belə addım atıb.
“Neftçi” klubu 1937-ci ildə yaradılıb.
