PFL-də yeni təyinat
12.08.2022 , 17:40

Peşəkar Futbol Liqasında struktur dəyişikliyi edilib.
Korner.az xəbər verir ki, belə ki, PFL-də yeni vitse-prezident postu yaradılıb. Yeni yaradılmış posta artıq təyinat rəsmiləşdirilib.
Uzun illərdir ki, Peşəkar Futbol Liqasında çalışan Aslan Şahgəldiyev PFL-in vitse-prezidenti təyin olunub.
Aslan Şahgəldiyev 2004-cü ildən futbol sahəsində çalışır. O, 2004-cü ildən 2009-cu ilə qədər “Karvan” klubunda fəaliyyət göstərib. Azərbaycan çempionatının gümüş, bürünc medallarını qazanmış və avrokuboklarda mərhələ keçmiş komandanın idarə heyətində yer alıb.
A.Şahgəldiyev 2009-cu ildən bu günə qədər Peşəkar Futbol Liqasının Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri idi.
