Beynəlxalq Futbol Tarixi və Statiskaları Federasiyası 21-ci əsrin ən güclü futbol çempionatlarının reytinq cədvəlini açıqlayıb.
Korner.az-ın məlumatına görə, Azərbaycan Premyer Liqası 130 çempionat arasında 2.288,5 xalla 92-ci pillədə qərarlaşıb. Avropada isə çempionatımız 43-cü yerdədir.
Siyahıya İngiltərə Premyer Liqası başçılıq edir. İspaniya La Liqası ikinci, İtaliya A seriyası isə üçüncü yerdə qərarlaşıb.