PFL bir oyunun yerini dəyişdi
26.02.2021 , 23:39

Azərbaycan Respublikası ərazisində müşahidə olunan qarlı və şaxtalı hava durumu Lökbatan Olimpiya İdman Kompleksinin infrastrukturuna ciddi ziyan vurub.
Korner.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.
Bildirilir ki, aparılan müşahidələrdən sonra Azərbaycan I Divizionunun XV turunun “Qaradağ Lökbatan” – “Neftçi-2” oyununun 1 mart tarixdə sözügedən arenada keçirilməsinin mümkün olmadığı məlum olub.
“Qaradağ Lökbatan”ın müraciətini, “Neftçi-2” klubunun razılıq məktubunu alan PFL oyunla bağlı aşağıdakı qərarı qəbul edib:
XV turun “Qaradağ Lökbatan” – “Neftçi-2” oyunu 1 mart saat 14:00-da “Neftçi” Futbol Mərkəzinin 4-cü meydançasında keçirilsin və görüş “Neftçi-2” – “Qaradağ Lökbatan” kimi qeyd olunsun.
I Divizionun XXIII turunun “Neftçi-2” – “Qaradağ Lökbatan” oyunu isə “Qaradağ Lökbatan” – “Neftçi-2” kimi qeyd olunsun.
