Futbol üzrə Azərbaycan birinci divizionunda 15-ci turun “Energetik” – “Kəpəz” matçının vaxtı dəyişdirilib.
Korner.az-ın PFL-in rəsmi saytına saytına istinadən verdiyi məlumata görə, oyun əvvəlcədən nəzərdə tutulduğu kimi dekabrın 13-də deyil, bir gün öncə – dekabrın 12-də keçiriləcək.
Buna Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionunda dövlət əhəmiyyətli tədbirin keçirilməsi səbəb olub.
12 dekabr (cümə)
“Energetik” – “Kəpəz”
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu
