Premyer Liqanın təqvimində dəyişiklik edilib. Bu barədə Peşəkar Futbol Liqası xəbər yayıb.
Korner.az-ın məlumatına görə, məlumatda bildirilir ki, PFL prezidenti Ramin Musayev “Rəvan” və “Sumqayıt” klublarının ev oyunlarını “Bayıl Arena” stadionunda keçirildiyini nəzərə alaraq Premyer Liqanın XXXI turunun “Rəvan” – AZAL matçının 13 may 2013-cü il tarixindən 14 may 2013-cü il tarixinə keçirilməsinə dair əmr imzalayıb.