PFL beynəlxalq şirkətlə danışıqlara başlayıb
23.12.2022 , 11:18

Peşəkar Futbol Liqası (PFL) ilə beynəlxalq internet yayım şirkəti “Insports.tv” arasında danışıqlara start verilib.
Korner.az xəbər verir ki, bu barədə PFL-in rəsmi saytı məlumat yayıb.
Bildirilib ki, test məqsədi ilə Azərbaycan Premyer Liqasında 18-ci turun bütün oyunlarının internet üzərindən yayımı yalnız “insports.tv” saytı və tətbiqində mümkün olacaq.
Öncədən çempionat matçları PFL-in rəsmi “yutub” kanalında yayımlanıb.
