Azərbaycan kubokunun yarımfinalı çərçivəsində baş tutmuş “Xəzər Lənkəran” – “Bakı” matçı ətrafında sular durulmaq bilmir.
Korner.az-ın məlumatına görə, bu oyunun baş hakimi Elçin Məmmədovun rüşvət alması iddiası yenidən gündəmə gəlib.
Belə ki, E.Məmmədovun bu görüşdə “ağ-yaşıllar” tərəfindən rüşvət alığı və nəticədə meydan sahibi komandanın xeyrinə qərarlar qəbul etdiyi bildirilir.
Məhz bu səbəbdən Məmmədov hakimlikdən uzaqlaşdırılıb. Sözügedən xəbəri PFL-in prezidenti Ramin Musayev də, təsdiqləyib.
