"Türkiyə Superkubokunun Bakıdada keçirilməsindən Azərbaycan futbolu həm itirdi, həm də qazandı. Qazandı ona görə ki, bizim azarkeşlər türk azarkeşlərin ifrat çılğınlığını görüb pis nümunə götürmüş olardı".
Korner.az-ın məlumatına görə, bu sözləri PFL-in prezidenti Ramin Musayev deyib.
Qurum rəhbəri Türkiyəyə "yox" demələrini belə izah edib:
"Əsas səbəb odu ki, TFF-nin istdədiyi tarixdə bizim Premyer Liqanın oyunu olacaq. Ötən il Berti Foqtsun çaldığı havaya az da olsa, oynadıq, turlarıı təxirə saldıq. Ancaq bu il bircə turu da "sürüşdürə" bilməyəcəyik".