Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev yeni mövsümdə tətbiq ediləcək 10 komandalı sistemi şərh edib.
Korner.az-ın məlumatına görə, qurum başçısı komandaların sayının 10-a endirilməsini belə izah edib:
“10-luq” sisteminə ona görə keçdik ki, iki kluba sponsor tapa bilmədik. Bacarırsızsa, siz tapın, qayıdaq “6-lıq” sisteminə”.
Daha sonra PFL rəhbəri bunları deyib:
Gələn yoxdu, qardaş. Deyirsiz, 14 komanda olsun. Mən də istəyirəm, ancaq
sponsor yoxdu. Deyirlər Naxçıvanda “Araz” adlı klub yaradılıb. Ancaq
bizə rəsmi müraciət etməyiblər. Bu gün 6-7 klub var ki, mənə yazıblar,
biz Naxçıvana gedə bilməyəcəyik, imkanımız yoxdu”.
Ramin Musayev ölkə kubokunun finalında baş vermiş qalmaqalın təhlükəsizlik sisteminin zəif olması ilə bağlı sualına qarşılıq bunları deyib:
“Oyunlarda təhlükəsizliyi PFL qorumalı olsa, gərək qoşun saxlayaq. Bunun
üçün büdcəmiz kifayət deyil. Biz oyundan əvvəl hüquq-mühafizə orqanlarına məktub yazırıq, başqa nə edə bilərik?”.
Qeyd edək ki, yeni mövsümdə həmişəki kimi 12 deyil, 10 komanda mübarizə aparacaq.