Azərbaycan klubları üçün “transfer pəncərəsi” açılıb. Korner.az-ın məlumatına görə, 2012/2013-cü il mövsümü yay transfer dövrü başlayıb. Klublarımız heyətinə cəlb etdikləri oyunçuları avqust 31-dək davam edəcək yay transfer dövründə Peşəkar Futbol Liqasında qeydiyyatdan keçirə bilərlər.
