“Turan” mövsümün sonunadək ev oyunlarını Bakıda keçirəcək.
Korner.az-ın PFL-in rəsmi saytına istindən veridiy məlumata görə, Tovuz şəhər stadionunda əsaslı təmir işlərinin aparılması və ot örtüyünün yenilənməsi ilə əlaqədar və klubun PFL-ə müraciətini nəzərə alaraq qurumun prezidenti Ramin Musayev “Turan”ın ev oyunlarını Bakıda keçirməsi haqda əmr imzalayıb.
Premyer Liqada “Turan” klubunun əsas heyəti ev oyunlarını “Dalğa Arena” stadionunda, əvəzedici komanda isə Tovuz Olimpiya İdman Kompleksinin stadionunda keçirəcək.