Topaz Premyer Liqasında aprel ayında vurulmuş ən gözəl qol müəyyənləşib.
Korner.az-ın məlumatına görə, Peşəkar Futbol Liqasının rəsmi saytı vasitəsilə keçirdiyi sorğunun nəticələrinə əsasən “Rəvan”ın futbolçusu Tofiq Mikayılovun vurduğu qol ayın ən yaxşısı seçilib.
Bu qol səslərin 43%-ni toplayaraq digər 4 namizədi arxada qoyub. “Xəzər Lənkəran”ın üzvü Adrian Pit ikinci, “Neftçi”nin futbolçusu Julius Vobay 3-cü olub.
1. Tofiq Mikayılov (Rəvan) – 1194 səs (43%)
2. Adrian Pit (Xəzər Lənkəran) – 626 səs (23%)
3. Julius Vobay (Neftçi) – 461 səs (17%)
4. Asif Məmmədov (İnter) – 290 səs (10%)
5. Emeka Opara (Qarabağ) – 210 səs (8%)