“Neftçi” və “İnter” klublarının üzvlərinin oktyabrın 14-də 17 yaşlılardan ibarət Azərbaycan milli yığma komandasının, oktyabr 17-də isə 19 yaşlılardan ibarət Azərbaycan milli yığma komandasının heyətində təlim-məşq toplanışında iştirak edəcəyini nəzərə alaraq təqvimdə dəyişikliklər edilib.
Korner.az-ın PF-ə istinadən verdiyi məlumata görə, əvəzedici heyətlərin çempionatında IX turun “Neftçi” – “Kəpəz”, “İnter” – “Simurq” və X turun “Bakı” – “İnter” oyunları başqa tarixə keçirilib.