PFL 15-ci turun hakim təyinatlarını açıqladı
28.01.2019 , 16:21

Topaz Premyer Liqasında 15-ci turun oyunları üçün hakim təyinatları açıqlanıb.
Turun mərkəzi oyunu olan “Qarabağ” – “Neftçi” matçını Rəvan Həmzəzadə idarə edəcək.
Digər təyinatlar aşağıkı kimidir:
2 fevral (şənbə)
“Zirə” – “Sabah”
Hakimlər: Rauf Cabarov, Yaşar Abbasov, Nahid Əliyev, Nicat İsmayıllı
Zirə İdman Kompleksinin stadionu, 16:30
“Keşlə” – “Səbail”
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Mübariz Haşımov, Rauf Allahverdiyev
“ASK Arena”, 19:00
3 fevral (bazar)
“Qarabağ” – “Neftçi”
Hakimlər: Rəvan Həmzəzadə, Knyaz Əmiraslanov, Vüqar Bayramov, Səbuhi Bayramov
Tofiq Bəhramov adına Respublika Stadionu, 18:30
“Qəbələ” – “Sumqayıt”
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Rza Məmmədov, Kamal Umudlu
Qəbələ şəhər stadionu, 14:00
