Bu gün PFL-ə yeni prezident seçkilərinin yubanması haqda məlumat vermişdik. 4 ildən bir keçirilməli olan seçkilər iyun ayına planlaşdırılsa da, baş tutmamışdı. Ancaq qurumun rəsmi saytının az əvvəl yaydığı xəbərə görə, artıq seçkilərin vaxtı dəqiqləşib. Belə ki, iyulun 3-ü saat 12-də AFFA-da toplaşacaq 12 Premyer Liqa iştirakçısı olan klubun rəsmiləri yeni PFL prezidentini seçəcəklər.
