İspaniya La Liqasında mübarizə aparan “Real”ın (Madrid)ulduz futbolçusu Kriştiano Ronaldoya klub prezidenti Florentino Peres hədiyyə verib.
Korner.az-ın məlumatına görə, prezident “Real” forması ilə 400-cü qolunu vuran oyunçuya 400 nömrəli forma hədiyyə edib.
Son Avropa çempionu açıqlamasında: “Həm La Liqanı, həm də Çempionlar Liqasını qazanmaq istəyirik. Özümü oyunlara çox yaxşı hazırlayıram. Yalnızca mən deyil, komanda olaraq çox yaxşı hazırlaşırıq”.
“Kral klubu”nun forması ilə vurduğu 400-cü qol haqqında da danışan Ronaldo: “Çox gözəl qollardı. Çox qol vurdum. Bu qədərini mən də gözləmirdim. Komanda olaraq çalışmamızın bir mükafatı var. Burda qaldığım müddətcə əlimdən gələni etməyə çalışacam. “Real”ı çempion etmək üçün qollar vuracam”.
