Peyman Babayinin yeni klubu məlum oldu
14.09.2020 , 20:56
“Sumqayıt”ın sabiq hücumçusu Peyman Babayinin yeni klubu müəyyənləşib.
Korner.az xəbər verir ki, o, karyerasını Cənubi Azərbaycan klubunda davam etdirəcək.
Belə ki, futbolçu “Traktor”la anlaşıb. Transferi yaxın günlərdə rəsmən açıqlanacağı gözlənilir.
Peyman “Sumqayıt”da keçirdiyi 35 oyunda 13 qol vurub, 3 məhsuldar ötürmə edib.