“Mənə Azərbaycan klubunun maraqlarını təmsil etdiyini deyən bir nəfər zəng etdi. Vəziyyəti izah etdi, mənim planlarımla maraqlandı”.
Korner.az-ın məlumatına görə, bu sözləri Vlastimil Petrjela deyib.
“Zenit”in və “Neftçi”nin sabiq baş məşqçisi, hazırda Çexiyanın “Vlaşim” klubuna rəhbərlik edən çex mütəxəssisin “Qəbələ”nin baş məşqçisi vəzifəsində Yuri Syomini əvəz edə biləcəyi ilə bağlı xəbərlər yayılıb. Petrjela championat.com-a açıqlamasında Azərbaycandan onunla maraqlandıqlarını desə də, hazırda çalışdığı “Vlaşim”da qalmaq istədiyini bildirib: “Mən “Vlaşim”lə mövsümün sonuna qədər qüvvədə olan müqaviləmin olduğunu və onu sona qədər işləmək istədiyimi cavab verdim. Sonra isə baxarıq. Ancaq onu deyə bilərəm ki, Rusiya və Azərbaycandakı işim haqda xoş təəssüratlarım qalıb”.
