Tibo Kurtuanın “Atletiko”dan “Çelsi”yə dönüşündən sonra öz yerini itirmək təhlükəsi ilə üzləşən Petr Çex açıqlama verib.
Korner.az xəbər verir ki, təcrübəli qolkiper bu barədə qısa və dəqiq danışıb: “Mən ehtiyatda oturmaq istəmirəm. Mövsüm başlayana qədər bütün hazırlıqlarımı edib tam şəkildə hazır olacam”.
Qeyd edək ki, çexiyalı əlcək sahibi 2004-cü ildə “Renn”dən “Çelsi”yə transfer olub və 670 matça çıxıb.