PES 2019 üçün gerisayım başladı: qiyməti, sistem təchizatı və ilk fotoları
25.07.2018 , 21:36

PES 2019-un minimum sistem təchizatı və qiymətləri istehsalçı KONAMİ tərəfindən açıqlanıb
30 avqust tarixində təqdim olunacaq PES 2019-un 8 avqustda demo versiyası da yayımlanacaq. Bəs, futbolsevərlərin sevimli oyunu PES-in yeni versiyası üçün minimum sistem təchizatı necə olmalıdır? Korner.az türkiyə mətbuatına istinadən, həmin sistem təchizatlarını təqdim edir:
OS: Windows 7, 8, 8.1, 10 (64-bit)
Prosessor: Intel Core i5-3470 / AMD FX 4350
RAM: 4GB
DirectX: 11.0
Ekran Kartı: NVIDIA GTX670 / AMD Radeon HD 7870
VRAM: 4GB
Saxlama: 20GB.
Məlumatda bildirilir ki, optimizasiyada keçən il olduğu kimi, problem yaşanmayacaq. Qiymət məsələsinə gəldikdə isə, rəqəmlər gözlənilən kimidir. Qeyd edək ki, PES 2019-un qiyməti təxminən 110 AZN təşkil edəcək.
PES 2019-da oyunsevərləri bir surpriz gözləyir. Belə ki, siz stadion seçimləri arasında Türkiyənin məşhur stadionu Şükrü Saracoğlunu da görə bilərsiniz. Hətta stadionun tribuna divarındakı Atatürk şəkli də təsisçilərin yadından çıxmayıb.
FİFA 19-un məlumatına görə, oyun 28 Sentyabrda satışa çıxarılacaq. Lakin satışın daha tez gerçəkləşəcəyi də yayılan məlumatlar arasındadır.
PES 2019-a aid bəzi fotoları təqdim edirik:
