“Bu, ən yaxşı qələbədir. Qrup mərhələsində Perotti “Qarabağ”a qol vurarkan də yaxşı hisslər keçirirdik. Lakin bugünkü sevincimizin həddi-hüdudu yoxdur. Bu, inanılmaz gecədir. Oyuna çox gözəl hakim olduq. İlk oyunda bəxtimiz gətirməmişdi. Cavab qarşılaşmasında istədiyimizə nail olduq”
bu sözləri “Roma”nın prezidenti Ceyms Pallotta Çempionlar Liqasının 1/4 finalında “Barselona”ya 3:0 hesabı ilə qalib gələrək yarımfinala yüksəldikləri cavab oyunundan sonra deyib.
