Madrid “Real”ının futbolçusu Kriştiano Ronaldo komandası ilə olan müqaviləsi barədə danışıb.
Korner.az-ın məlumatına görə, jurnalistlərin suallarını cavablandıran ulduz futbolçu karyerasını Madrid təmsilçisində bitirmək istədiyin gizlətməyib:
“Müqavilə müddətinin artırılması ilə bağlı söhbətdən xəbərim yoxdu. Bunu klub prezidentindən soruşun. Perezin yerində olsam, özümlə 10 illik müqavilə imzalayaram. Çünki mən bu klubda karyeramı bitirmək istəyirəm. “Real” madrid böyük klubdu və burada yalnız ən güclülər oynamalıdı”.
