“Real”ın prezidenti Florentino Peres komadanın hücumçusu Kriştiano Ronaldoya Çempionlar Liqasında vurduğu 100-cü qol münasibətilə hədiyyə verib.
Korner.az-ın məlumatına görə, klub prezdenti portuqaliyalı hücumçunu qitənin ən nüfuzlu klub turnirində vurduğu 100-cü qol münasibətilə “Real”ın 100 nömrəli formasıyla mükafatlandırıb.
Ronaldo İspaniyanın “Marka” nəşrinə açıqlamasında bunun onun üçün şərəf olduğunu deyib:
“Çempionlar Liqasında qol vurmağa başlayanda, rekord barədə düşünməmişdim. Bu, mənim üçün böyük şərəf idi. Buna nail olmaq çox çətin idi. Çox xoşbəxtəm”.
