“Arsenal”ın almaniyalı müdafiəçisi Per Mertezaker bu gün axşam keçiriləcək “Tottenhem” ilə oyunu şərh edib.
Korner.az-ın məlumatına görə, klub saytına danışan futbolçu London derbisinin çətin olacağını qeyd edib:
“Derbilər heç vaxt asan olmur. Belə oyunlara hazır formada çıxmaq lazımdı. “Tottenhem”ə önəm verməmək düzgün deyil. Onları sadəcə bəxti gətirmir”
Qeyd edək ki, oyun bu gün saat 21:30-də start götürəcək.
