Pepe yenidən “Portu”da
08.01.2019 , 17:24

İstanbul təmsilşisi “Beşiktaş”dan ayrılan Pepenin “Portu”ya transferi rəsmiləşib.
35 yaşlı müdafiəçi ilə 2021-ci ilin yayına kimi müqavilə imzalandığı bildirilir.
Xatırladaq ki, portuqaliyalı oyunçu 2004-2007-ci illərdə də “Portu”da oynayıb.
