İspaniyanın "Barselona" klubunun sabiq baş məşqçisi Pep Qvardiola Kataloniyaya qayıdıb.
Korner.az-ın məlumatına görə, gənc çalışdırıcı 7 aydı yaşadığı Nyu-Yorkdan ona doğma olan şəhərinə dönüb. Qvardiolanın "Barselona"nın yenidən boş qalmış baş məşqçi postuna dönəcəyi haqda gəzən söz-szöhbətlər isə səngimək bilmir.
"Barsa"da uğurlar qazanan Qvardiola klubun hazırkı baş məşqçisi, xəstəxanada müalicə alan Tito Vilanovanı ziyatər edəcəyi gözlənilir.
