"Barselona"nın sabiq baş məşqçisi Pep Qvardiola gözləniləndən də tez futbola qayıda biləcəyini vurğulayıb.
Korner.az-ın məlumatına görə, katalonların ən nifuzlu çalışdırıcıları arasında göstərilən 41 yaşlı mütəxəssis futbol üçün darıxdığını bildirib: "Atamla qolf oynamaqdan bezmişəm. Ürəyim futbolu istəyir".
Qeyd edək ki, Pep Qvardiola "Barselona"nın 4 illik baş məşqçi postunda 14 kubok qazanmağa müvəffəq olmuşdu.
