"Bavariya"nın baş məşqçisi Pep Qvardiola maraqlı açıqlaması ilə diqqət çəkib.
Korner.az-ın məlumatına görə, "Mançester Yunayted"nin hücumçusu Ueyn Runinin bu axşam Çempionlar Liqasının 1/4 finalının cavab qarşılaşmasında Münhen klubuna qarşı oynayıb-oynamayacağı hələ də sual altındadı.
Qvardiola ingilis hücumçunun bu axşam meydana çıxacağına əmindi. Hətta mətbuat konfransında Runinin meydana çıxacağı ilə bağlı jurnalistlərlə mərcə də girib:
"Yüz faiz əminəm ki, Runi meydana çıxacaq. Sizinlə pivədən mərcə gələrəm… ".
