“Bavariya”nın baş məqşçisi Pep Quardiola əvvəlki klubu “Barselona”dan ayrılmağının səbəbini açıqlayıb.
Korner.az-ın məlumatına görə, ispan mütəxəssis “Barselona”dan ayrılmağında “Çelsi” ilə oyunun da böyük rolu olduğunu deyib.
Quardiola açıqlamada bunları dilə gətirib: “Məyus olduğumuz oyunlar oldu. “Çelsi” ilə oyun da bunlardan biri idi. Onlardan daha yaxşı komanda idik, amma gözlənilməz qol buraxmışdıq. Bu mənim üçün böyük məğlubiyyət olmuşdu. Geriyə dönüb baxdıqda, bu klubu motivasiya edə bilməyəcəyimi fikirləşdim. Bir məşqçi futbolçuları daha çox ruhlandıra bilmirsə, deməli, ayrılıq vaxtı gəlmişdir”.
