big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

“Penaltidən sonra komanda “sındı” – Aftandil Hacıyev

22.11.2017 , 13:52

“İlk hissəni planlaşdırdığımız kimi keçirdik”. Bu sözləri “Qarabağ”ən U-19 komandasının məşqçisi Aftandil Hacıyev deyib

Ağdam klubunun U-19 komandası UEFA Gənclər Liqasında “Çelsi”yə 1:3 hesabı ilə uduzub. Oyundan sonra komandanın baş məşqçisi Aftandil Hacıyev jurnalistlərin suallarını cavablandırıb. Gənc mütəxəssis ilk olaraq oyun haqda danışıb: “İkinci hissədə rəqib önə keçəndə oyun sistemini dəyişdik. Bu, planımızda deyildi. Qol epizodlarımız oldu. Nəticə bizi razı salmasa da, yaxşı oyun sərgilədik. Ancaq daha yaxşı nəticə gözləyirdik. Ən azı uduzmamağı gözləyirdik. Uşaqlar əllərindən gələni etdi. Avropanın ən güclü komandalarından birinə qarşı oynayırdıq. Son 4 ildə 2 dəfə Gənclər Liqasını qazanıblar. Nəticə üçün məyusuq. Bəzi futbolçuların diqqətsizliyinə görə məğlub olduq”.

– Qapıçı Məmməd Hüseynov Madriddə “Qarabağ”ın “Atletiko”ya qalib gəldiyi oyunun qəhrəmanı idi. Ancaq bu oyunda çox səhvlər etdi. 

– İstəməzdik belə olsun. Penaltidən sonra komanda “sındı”. Qapıçılar “seyv”lər edəndə necə yadda qalırsa, səhvləri də eyni olur. Amma gəncdirlər, bu cür səhvləri keçmək olur. Bunu unutmaq lazımdır. Böyük futbola qədəm qoymaq istəyirlərsə, uşaq səhvlərini təkrar etməməlidirlər.

– Yaroslav Deda ardıcıl 3-cü oyunda da qol vurdu. Onun əsas komandaya qoşulacağı gözlənilir?

– Bəli, 3-cü qolu vurdu. Amma onun əsas komandada oynayıb-oynamaycağını bilmirəm. Əsas komandanın da məşqçiləri var və bizi izləyirlər. Bu matçda Deda seçilənlərdən idi. Bəzi epizodlarda dəqiqliyi çatmadı. Dedadan narazı deyilik.

– Son turda “Roma” ilə oyunda “Qarabağ”ın gənclərindən nə gözləmək olar?

– Hər oyun bizim üçün təcrübədir. “Roma” ilə matçda belə olacaq. İlk dəfədir ki, bu turnirdə çıxış edirik. Hər oyunda maksimum nəticə üçün çalışırıq “Roma” ilə də layiqli oyun nümayiş etdirməyə çalışacağıq. Bu oyunda yaxşı əks-hücumlarımız oldu. Ümid edirəm ki, Roma səfərində də belə olacaq.

– Bu oyunda sizinlə yanaşı, Rəşad Sadıqov da texniki zonada idi…

– Bəli, axşam  əsas komandanın oyunu 21:00-da olduğu üçün Rəşad da texniki zonada yer aldı. Qurban müəllimlə məsləhətləşib gəldi. Çalışdı ki, enerjisini itirməsin. Mən oyunun gedişində ona kömək etdim.

– Axşam “Çelsi” ilə oyunöncəsi Rəşad Sadıqovun fikri bu oyunda qalmayacaq ki, gənclərimiz uduzdu? Motivasiyası aşağı enməyib?

– Rəşadı tanıyanlar bilir ki, o, oyuna çıxanda hər şeyi unudur. Ona təsir etmək çətindir. Buna inanmıram. Sadıqov axşam maksimum şəkildə oynayacaq. O, bacarığını tam şəkildə nümayiş etdirəcək.

Son yazılar

To Top