Ölkə futbolu

“Penalti təyin olunmalı epizodda hakimin fiti susdu”

15.05.2012 , 17:54

«FA of Moldova Cup» turnirində 17 yaşadək futbolçulardan ibarət Rumıniya – Azərbaycan oyunundan (3:2) sonra yığmamızın baş məşqçisi Təbriz Həsənov fikirlərini bildirib.

Korner.az-ın AFFA-nın saytına istinadən o deyib: «Məğlub olsaq da, hesab edirəm ki, rəqibimizdən üstün oynadıq. Əlbəttə, buraxdığımız qollarda müəyyən səhvlərə yol verdik. Bununla belə, Rumıniya yığmasından pis təsir bağışlamadıq. Hər nə qədər hakimlik barədə fikir bildirmək istəməsəm də, bəzi məsələləri qeyd etməmək olmur. Bu gün tam qaydalar çərçivəsində vurulmuş 1 qolumuz hesaba alınmadı. Üstəlik, Rumıniya yığmasının qapısına penalti təyin olunmalı epizodda hakimin fiti susdu».

Son yazılar

Yuxarı