İngiltərənin “Mançester Siti” klubunun baş məşqçisi Manuel Peleqrini futbolçusu Serxio Aqueronu “Qızıl Top”a layiq görür.
Korner.az-ın məlumatına görə, o, Britaniya mətbuatına açıqlamasında forvardın mükafat uğrunda mübarizə aparmalı olduğunu bildirib:
“Aquero dünyanın ən yaxşı futbolçularından biridi. O, bunu göstərməyə davam etməlidi. Məncə, Serxio “Qızıl top” mükafatı uğrunda mübarizə aparmalıdı. Çünki Aquero futbolçu üçün zəruri olan bütün keyfiyyətlərə malikdi”.
