Pelleqrini fevralın ən yaxşısı seçildi
24.02.2026 , 14:21
İspaniya çempionatında fevral ayının ən yaxşı baş məşqçisi açıqlanıb.
Korner.az xəbər verir ki, bu, “Betis”in baş məşqçisi Manuel Pelleqrinidir.
O, səsvermədə “Real”dan Alvaro Arbeloa və “Xetafe”dən Xose Bordalası qabaqlayıb.
Qeyd edək ki, Sevilya təmsilçisi fevral ayında 4 qarşılaşmaya çıxıb, 3 qələbə qazanıb və 1 heç-heçə edib. Hazırda komanda turnir cədvəlində 42 xalla 5-ci pillədə qərarlaşıb.