“Mançester Siti” klubunun baş məşqçisi İngiltərə Premyer Liqası 28-ci turu çərçivəsində keçirilən “Lester Siti” oyununu şərh edib.
Korner.az-ın məlumatına görə, təcrübəli mütəxəssis bunları deyib:
“Çətin həftə keçirdik. Əsas odu ki, qələbə qazandıq. Hesabı açmaq çox vacib idi. Bunu bacardıqdan sonra rəqibin xeyli qol imkanları oldu. Lakin sonda xarakter göstərib ikinci qolu da vurduq. Çox çətin həftə oldu. Amma biz bütün oyunlarda özümü yaxşı tərəfdə göstərmək üçün çalışdıq”
