Dünya futbolunun yaşayan əfsanəsi Pele yenidən xəstəxanaya yerləşdirilib.
Korner.az-ın məlumatına əsasən, bir neçə gün bundan öncə əməliyyat edilərək böyrəyindəki daşları götürülən Pelenin sidik kisəsi yollarında infeksiya təhlükəsi var.
Həkimlər onun güclü antibiotiklərlə müalicə kursu keçməsini məsləhət biliblər. Hazırda onun durumu qənaətbəxşdir.
