Əfsanəvi futbolçuya istirahət etmək məsləhət görülüb.
Korner.az xəbər verir ki, ötən həftə qarın ağrısından əziyyət çəkdiyini söyləyən əfsanəvi futbolçu Pele artıq evə buraxılıb.
Müayinə zamanı həkimlər Peleyə narahatlıq verən ağrının böyrək daşı olduğunu müəyyənləşdiriblər.
Sao Paolo şəhərindəki “Albert Eynşteyn” xəstəxanasında əməliyyat olan Pelenin səhhəti yaxşılaşıb.
74 yaşlı keçmiş futbolçuya bir müddət evində istirahət etməsi məsləhət görülüb.
