Pele Neymarı tənqid etdi
21.01.2019 , 16:50

Futbol əfsanəsi Pele PSG-nin hücumçusu Neymarı tənqid edib.
Braziliya millisinin sabiq forvardı həmyerlisinin tez-tez simulyasiya etdiyini bildirib.
“Neymar güclü futbolçudur. Təəssüf ki, tez-tez simulyasiya edir. Bu davranışlar onun bacaqrıqlarını təhdid edir.”-, Pele bildirib.
Neymar isə simulyasiya etmədiyini vurğulayıb: “Qalib deyilsənsə tənqid edəcəklər. Dünya çempionatında heç bir artıq hərəkətə yol verməmişəm. Amma mənə qarşı kobudluq çox oldu. Pelenin tənqidinə hörmətlə yanaşıram. Lakin onunla razı deyiləm”.
