Braziliya yığmasının əfsanəvi hücumçusu Pele “Barselona”nın və Argentina yığmasının futbolçusu Messi barədə danışıb.
Korner.az-ın məlumatına görə, Pele Messinin yığmada və klubda fərqli oyun göstərdiyini bildirib.
“Siz Messinin “Barselona”dakı oyununa baxdıqda, bu bir futbolçudur. Amma Argentina yığmasında tamamilə başqa oyun göstərir” – deyə, Pele fikrini açıqlayıb: “Məsələ ondadır ki, “Barselona”da onunla yanaşı Xavi, İnyesta kimi bir neçə dahi futbolçu var. Onlar Messiyə kömək edirlər. Argentina yığmasında isə belə deyil. Messiyə yığmanın oyunçuları ilə əlaqə yaratmaq çətindir. Buna görə də, o, yığmada tamamilə başqa futbolçudur”.
